sefeviler
  Sefevi sülalesinin banisi Şeyx Sefiyyeddin İshaq el-Musevi-el-Erdebili (1252-1334) sayılır.O,Erdebil şeherinde yaşamışdır ve sufiliyin bir qolu olan Sefeviyyeni yaratmışdır.Bu teriqete sonralar onun oğulları başçılıq etmişler.

Şeyx Sefiyyeddin Musa (1334-1392)

Şeyx Xace Eli (1392-1427)

Şeyx İbrahim (Şeyxşah) (1427-1447)

Şeyx Cüneydin dövründe (1447-1460) bu teriqet siyasi şekil aldı.Qaraqoyunlu Cahanşah buna göre onu qovur.Şeyx Cüneyd Ağqoyunlu Uzun Hesenin yanına gedir,ve bacısı ile evlenerek qohumluq elaqesi yaradır.Anadoluda şieliyi yayır.Ustaclı,Şamlu,Rumlu,Efşar,Qacar,Tekeli,Zülqeder,Varsağ,Bayat,Qaramanlı,

Baharlı,Alpout,Ereşli,Qazaxlı tayfaları ona qoşulur.Bir qeder qoşun yığaraq Dağıstana ve Şirvana hücum edir.Şirvanşah I Xelilullah Cahanşahla ittifaqa girerek Samur çayı yaxınlığında onun qarşısını kesir ve meğlub ederek Cüneydin özünü de öldürür.

Şeyx Heyder (1460-1488) atasının siyasetini davam etdirir.Dayısı Uzun Hesenin qızı Alemşahbeyimle evlenerek Ağqoyunlularla elaqeleri möhkemlendirir.Şeyx Heyder zamanından sefeviler başlarına 12 dilimli qırmızı börk qoyurlar.Onlara qızılbaşlar deyirler. Şeyx Heyder de atası kimi Dağıstana hücum edir.1483 ve 1487-ci illerde 2 defe hücum edir ve böyük qenimetle geri dönür.Bu qelebeler Ağqoyunlu Sultan Yaqubu qorxuya salır ve Şeyx Heyderin 1488-ci ildeki 3. hücumu zamanı Dağıstana Süleyman bey Bicanoğlunun komandanlığı altında qoşun gönderir.Qoşun Şirvanşah Ferrux Yasarın qoşunu ile birleşerek Şeyx Heyderi meğlub edir.Şeyxin özü ise öldürülür.

Sultan Yaqub Şeyx Heyderin 3 oğlunu;Sultanelini,İbrahimi ve İsmayılı (1487-1524) esir alır.Onlar yalnız Sultan Yaqubun ölümünden sonra esirlikden qurtulurlar.Sultaneli Sefevi şeyxi seçilir.

1493-cü ilde Ağqoyunlu Rüstem Mirze Baysunqurla döyüşende Sultaneli öz qoşunu ile Rüstemin terefinde vuruşur.Döyüşde Beysunqur öldürülür.

Sultanelinin qüvvetlenmesinden qorxan Rüstem Mirze onun üstüne 5 min süvari gönderir.Erdebil yaxınlığında Şemasede baş veren döyüşde Sultaneli öldürülür.Qızılbaşlar birteher İsmayılı gizledirler.1494-99-cu iller erzinde qızılbaşlar İsmayılı qoruyurlar.

1499-cu ilde 13 yaşlı İsmayıl sefevileri bir yere yığmağa başlayır.Hemin il qışı Erzincanda keçirerek 1500-cü ilin yazında Göyçe gölü etrafında qoşuna baxış keçiren İsmayıl payızda Kür çayını keçerek Şirvana hücum etdi.Cebani adlanan yerde Ferrux Yasarı meğlub etdi.Atasının qisasını aldı.Sonra ise Bakı şeherini tutaraq Tebriz taxtına doğru ireliledi.

1501-ci ilde Naxçıvanda Ağqoyunlu Elvend Mirzenin 30 minlik ordusunu 7 minlik qoşunla meğlub etdi.Hemin qelebeden derhal sonra Tebrize girdi,özünü şah e’lan etdi ve belelikle Sefevi İmperatorluğunun esasını qoydu.

1503-cü ilde Ağqoyunlu Murad Mirzeni de meğlub edib Ağqoyunlu dövletine son qoydu.

Şah İsmayıl böyük serkerde olmaqla beraber hem de şair idi ve Xetai texellüsü ile şe’rler yazırdı.

1506-08-ci illerde Diyarbekir,Xilat,Bitlis,Erciş ve İraq feth edildi.Sefevi İmperatorluğu batıda Osmanlılarla,doğuda Şeybanilerle hemserhed oldular.

1510-cu ilde Şeybani xan Şah İsmayıla tehqiramiz mektub göndererek onu çullu-çuxalı derviş adlandırdı.Sonra ise Sefeviler üzerine hücuma keçdi.Şah İsmayıl onu Merv şeherine qeder qovdu,meğlub ederk öldürdü ve başının derisine saman teperek Osmanlı sultanı II Beyazide gönderdi.

1514-cü ilde Osmanlı sultanı Selim 140 minlik qoşunla Sefeviler üzerine hücuma keçdi.Hücumdan evvel o,anadolu erazisindeki sefevi terefdarlarına qarşı görünmemiş vehşilik etdi.40 min insanı öldürdü.

Sefevilerle Osmanlılar 1514-cü il 23 avqustda Çaldıran düzünde üz-üze geldiler.Osmanlı qoşunu en müasir silahlarla silahlanmışdılar.

Bu döyüşde 2 qardaş bir-birine qılınc qaldırdı.Sultan Selim döyüşü qelebeyle bitirerek Tebriz şeherine girdi.6 gün sonra aclıq ucbatından geri qayıtdı.Özüyle İstanbula çoxlu Tebriz ustalarını apardı.

Bu döyüşden sonra İraq ve doğu anadolu erazileri Osmanlı dövletine daxil oldu.

Ömründeki birinci ve sonuncu meğlubiyyetinden sarsılan Şah İsmayıl bir daha döyüşe çıxmadı.10 il erzinde guşenişin heyat sürdü ve 1524-cü ilde 37 yaşında vefat etdi.Erdebilde Şeyx Sefi türbesinde,babalarının yanında basdırıldı.Onun hakimiyyeti dövründe Sefeviler 2 milyon km2 eraziye sahib idiler.

Hakimiyyete 10 yaşlı I Tehmasb (1524-76) keçdi.

Tehmasbın hakimiyyetinin ilk 10 ilinde dövleti qızılbaş tayfa başçıları idare edirdiler.Rumlu,Tekeli,Şamlu ve diger tayfalar hakimiyyet uğrunda bir-birileriyle mübarize aparırdılar.

Nehayet,1534-cü ilde Tehmasb Hüseyn xan Şamlunu e’dam ederek özü hakimiyyeti idare etmeye başladı.

Ele hemin il Osmanlı sultanı I Süleyman Qanuni (1520-1566) Azerbaycana ilk yürüşüne başladı.Tehmasb Tebriz camaatını da özü ile beraber şeherden çıxardaraq geriye çekildi.Tebrize giren Osmanlı qoşunu aclıq ve susuzluqdan Bağdada geri çekilmeye mecbur oldu.1535-ci ilde yeniden hücume keçen I Süleyman yeniden eyni veziyyetle üzleşdi.O,İstanbula qayıdarken Sefevi ordusunun hücumundan xeber tutdu.Tehmasb Van ve Ercişi ele keçirdi.

1538-ci ilde Şirvanın daxili müsteqilliyine son qoyuldu.Şirvan beylerbeyilik statusu aldı.

Tehmasb 1540-cı ilde Bakını,1541-ci ilde Tiflisi feth etdi.

O,merkezi hakimiyyete qarşı bütün üsyanları yatırdaraq 1548-ci ilde dövletin paytaxtını Tebrizden Qezvine köçürdü.

Hemin il Qanuni sultan Süleyman Azerbaycana üçüncü yürüşe çıxdı.O,Tebrize girirek yene de evvelki yürüşlerinde düşdüyü veziyyete düşdü.Ordunun aclıqdan qırıldığını gören sultan geri qayıtdı.

1551-ci ilde Tehmasb Şeki vilayetini öz ölkesine qatdı.

1552-ci ilde Tehmasb şah Osmanlı üzerine hücum etdi.Van,Muş,Bitlis,Vostan,Adilcevaz,Erciş tutuldu.

2 il sonra Sultan Süleyman Azerbaycana hücum ederek Naxçıvanı yandırdı.1555-ci ilde Amasyada Sefevi-Osmanlı barış anlaşması imzalandı.

1576-cı il 14 may tarixinde Şah I Tehmasb vefat etdi.Yeniden sarayda çekişmeler başladı.

Hakimiyyete II Şah İsmayıl (1576-77) geldi ve 1 il sonra öldürüldü.

Onun yerine qardaşı Mehemmed Xudabende (1578-1587) keçdi.

Mehemmed şahın vaxtında xezine boşaldı,Şirvan ve Kürdüstanda üsyanlar başladı.Bu qarışıqlıqdan istifade eden Osmanlı sultanı III Murad Sefeviler üzerine hücuma keçdi.Çıldır döyüşünde Osmanlıların ve Krım tatarlarının birleşmiş qoşunu qalib gelerek Tiflisi ve Şirvanı ele keçirdiler.

Mehemmed şahın oğlu şahzade Hemze bey Şirvana hücum etdi.Osmanlı,Tatar ve lezgi qoşununu Şamaxıdan çıxartdı.Müttefiqler Derbende çekilseler de tez tez Şirvana hücum edirdiler.Şirvan gah o,gah da bu terefin eline keçirdi.Dövletin yegane müdafieçisi şahzade Hemze bey idi.Onun qalibiyyetlerini gören eleyhdarları 1586-cı il 10 dekabr tarixinde Hemze beyi yatdığı yerde namerdcesine öldürdüler.1 il sonra Şah Mehemmed Xudabende de öldü.

Hakimiyyete I Şah Abbas (1587-1629) geldi.O,çox sayda türk esilli emirleri hakimiyyetden uzaqlaşdıraraq yerlerine farsları qoydu.1598-ci ilde paytaxt Qezvinden İsfahana köçürüldü.Orduda bir sıra islahatlar apardı,1590-cı ilde Osmanlılarla barış antlaşması imzalandı.Osmanlı qoşunu Azerbaycan erazisinden çıxarıldı.

16. esrin sonu 17. esrin evvellerinde Koroğlu üsyanları baş verdi.

1603-1607-ci illerde yeniden Osmanlı-Sefevi müharibeleri başladı ve 1609-cu il sülhüyle bitdi.

1618-ci ilde Şah Abbas bütün İraqı tutdu.

1629-cu ilde Şah öldü ve yerine nevesi I Sefi (1629-1642) keçdi.

1638-ci ilde Osmanlılar İraqı yenıden ele keçirdiler.

1642-ci ilde I Sefini II Abbas (1642-66) evez etdi.Artıq Sefevilerin süqutu başlayırdı.

Sonrakı şahlar II Sefi (1666-1694) ve Şah Hüseyn (1694-1722) bu süqutun qarşısını ala bilmediler.Ölkenin her terefini üsyanlar bürümüşdü.Şimaldan Rus çarı I Pyotr Xezer sahillerini zebt etmişdi.

1722-32 illerde hökmranlıq etmiş II Tehmasb dövründe Osmanlılar yeniden Sefevilerle müharibeye başladılar.1733-cü ilde barış andlaşmasında Araz çayından şimaldakı eraziler Osmanlı dövletine verildi.

Bu zaman Nadir xan Efşar Sefevi ordusunun komandanı idi.O,bu andlaşma ile razı deyildi ve buna göre de ele hemin il II Tehmasibi taxtdan salaraq yerine 8 aylıq III Abbası Şah e’lan etdi.Faktiki olaraq dövleti Nadir xan idare edirdi.

Nadir xan Efşar 1733-cü ilde Bağdadı,1734-cü ilde Tebriz,Erdebil ve Şirvanı Osmanlılardan azad etdi.

1735-ci ilde Osmanlılar büsbütün Qafqazdan çıxarıldı.

1736-cı ilde III Şah Abbas qefleten öldü.Nadir xan bütün tayfa başçılarını ve beyleri Muğana yığaraq qurultay keçirdi.

O,özünü Şah e’lan ederek 225 illik Sefevi sülalesine son qoydu.
Anket
 
Sayta daxil olanda qeydiyatdan kecin!!!
======================
Benim adim KENAN benimle iletisim kurmak isteyen varsa emailim D.881@hotmail.com
Reklam
 
dizi
 
 
 
Bilgileriniz
Sistemimize Kaydedilmektedir.
 
Bugün 2 ziyaretçi (21 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=

oyunlar oyunlar