Tusi

Bağdad şəhərindəki İmam Musa ibn Kazımın məzarı yanında sadə və qərib bir məzar da var. Məzarın başdaşı üzərində ərəb əlifbası ilə və olduqca gözəl bir xətlə bu sözlər yazılıb: “Dinin və xalqın dayağı, elm dünyasının şahı. Analar belə bir oğul bir daha doğmadı”. İnsan qəlbini riqqətə gətirən bu sözlər Azərbaycan xalqının dünya elm-mədəniyyətinə verdiyi və bu gün də adı elm aləmində qürurla çəkilən görkəmli filosof, astronom, riyaziyyatçı, tarixçi, iqtisadçı və hüquq elmləri bilicisi kimi tanınan Məhəmməd ibn Həsən Nəsirəddin Tusi haqqındadır. Əsrlər ötsə də, Nəsirəddin Tusinin yaradıcılığına maraq heç zaman azalmır. Bircə faktı deyək ki, son 100 ildə dünyada həyatı və yaradıcılığı onun qədər araşdırılan ikinci bir dahi tapmaq çətindir.
X-XIII əsrlər türk və Şərq intibahının ən çiçəklənən dövrü hesab edilir. Həmin əsrlərdə elm və mədəniyyətin sürətli yüksəlişi, təxminən, 300 il sonra da Avropa intibahında əsaslı rol oynayıb. Belə ki, bu intibahın nümayəndələri Şərq intibahından öyrəndiklərini öz dövrlərinin elmi inkişaf səviyyəsinə uyğun olaraq ortaya qoymuşlar. Ona görə də bəzən Şərq və Avropa intibahı nümayəndələrinin elmi əsərlərindəki fikirləri müqayisə etdikdə adama elə gəlir ki, qərbdəkilər özlərindən əvvəlki dövrlərdə yaşayan görkəmli elm adamlarının fikirlərini təkrar etmişlər. Bu baxımdan inamla demək olar ki, istər astronomiya, istərsə də coğrafiya sahəsində Avropa intibahına əsərləri Tusi qədər təsir göstərən ikinci bir Şərq elm adamı tapmaq çətindir. Əlavə edək ki, Nəsirəddin Tusi öz dövrü üçün elmin ən yüksək zirvəsi hesab edilən Marağa rəsədxanasını inşa etdirərək, orada göy cismlərinin öyrənilməsi sahəsində böyük bir məktəbin əsasını qoymuşdur. Tusinin qurduğu rəsədxanasını yalnız günümüzdəki məşhur NASA (ABŞ Aviasiya və Kosmos İdarəsi ) ilə müqayisə etmək olar. Təsadüfi deyil ki, indinin özündə dünyanın ən məşhur astronomları göy cismlərinin öyrənilməsi ilə bağlı elmi araşdırmalar apararkən, öncə Nəsirəddin Tusinin bu sahədəki tədqiqatları ilə tanış olur və yalnız bundan sonra hər hansı bir məsələ barədə fikir söyləyirlər. Bu isə türk dünyasının yetişdirib bəşəriyyətə bəxş etdiyi Tusi idrakının böyüklüyünü göstərir.

Tusi Tusda, yoxsa Həmədanda doğulub?

Hələ sağlığında ikən, alimlər alimi kimi məşhur olan Nəsirəddin Tusinin əsl həyatı onun haqqında söylənilən saysız-hesabsız rəvayətlər içində itib-batmışdır. Türk dünyasının böyük oğlu Əbu Cəfər Nəsirəddin Məhəmməd bin Məhəmməd bin Hasan Əbubəkrin 1201-ci ildə Tus şəhərində anadan olduğu güman edilir. Amma Tusinin həyatını tədqiq edən bəzi alimlər onun Tusda deyil, Həmədan yaxınlığındakı Bahar adlı yerdə anadan olduğunu iddia edirlər. Belə bir fikir vurğulanır ki, balaca Nəsirəddin körpə yaşlarında ikən, ailəsi Tusa köçmüşdür. Onlar burada yaşadıqları üçün sonralar Nəsirəddinə “Tusi” ləqəbi verilib. Ümumiyyətlə, o dövrdə tanınmış alimlərdən tutmuş, hökmdarlara kimi hamısı yaşadıqları yerlə və ya qurduqları dövlətlə tanınırdılar. Bu baxımdan onun Həmədanda anadan olub, Tusa getdiyi, uşaqlıq və gənclik illərini orada keçirdiyi üçün Tusi adı ilə çağırılmasında qeyri-adi heç nə yoxdur. Əlavə edək ki, o dövrdə bütün Şərq, demək olar ki, türklərin hakimiyyəti altında idi. İndiki İranın ərazisi isə faktiki olaraq, o dövrdə türk torpağı, buradakı türklərin qurduğu dövlət də türk dövləti kimi tanınırdı.

Balaca dahi

Balaca Nəsirəddinin ilk müəllimi öz dövrünün ən elmli adamlarından biri sayılan atası olub. Elmin bütün sahələrini oğluna dərindən mənimsətməyə çalışan ata, əvvəlcə, ona ilahiyyat və hüququ öyrədir. Sonra o, oğlunu dövrün tanınmış riyaziyyatçısı hesab edilən Kəmaləddin Məhəmməd Hasibin yanına göndərir. Şagirdinin riyaziyyat sahəsində istedadını görən müəllimi heyrətə gələrək, onlarla insanın yanında: “Mənim riyaziyyat sahəsində bildiklərim bu uşağınkından çox deyil. O gələcəyin ən böyük alimi olacaq. Kim buna şübhə etsə, bir vaxt mənin sözlərimi xatırlayaraq peşman olacaq”, - demişdi. Tusi daha sonra təhsilini o dövrdə məntiq, idrak nəzəriyyəsinin bilicisi, orta əsrlərin ən məşhur filosofu, İbn Sinanın şagirdi olan Azərbaycan mütəfəkkiri Bəhmənyarın yanında davam etdirir. Gənc Nəsirəddin istedadı, hadisələrin mahiyyətini dərhal qavraması və onu analitik şəkildə izah etməsi ilə Bəhmənyarın da diqqətini cəlb edir. Bəhmənyar Nəsirəddin haqqında: “O, gələcəyin alimi və elm dünyasını özünün idrak nuru ilə işıqlandıracaq görkəmli bir adam olacaq”, - deməkdən özünü saxlaya bilməmişdir. Uşaq ikən tanınmış elm adamlarının məclislərində iştirak edərək, onların mübahisələrinə dərindən qulaq asan Nəsirəddinin dünyagörüşünün formalaşmasında bu amil mühüm rol oynamışdı. Tusi ona bütün İslam aləmində və dünyada böyük şöhrət qazandıran “Əxlaqi Nasiri” adlı əsərində belə məclislərin uşaqlar üçün əsl həyat məktəbi, elm dünyasına açılan qapı olduğunu vurğulayıb. Tusidə əsl həqiqəti aramaq həvəsi də elmi məclislərdə iştirak etdiyi vaxtda yaranır. Yeri gəlmişkən, qeyd edək ki, əsl həqiqəti axtarmaq həvəsi onu sonralar həmin dövrdə müəyyən qədər cəmiyyət tərəfindən qəbul edilməyən ismaililər təriqətinə mənsub olan insanların yanına aparıb.

22 illik həbsxana həyatı və yüksəliş

İsmaililər müəyyən bir əraziyə yayılmışdılar və onların bir çoxu mühüm dövləti vəzifələr tuturdular. Gənc Nəsirəddini sevinclə qarşılayan ismaililər ondan öz ideyalarının daha geniş yayılması üçün istifadə etmək istəyirdilər. Bəzi mənbələrə görə, İsmaili valisi Nasir Mühtəsəm gənc olmasına baxmayaraq, adı dillər əzbəri olan Tusini öz yanlarına - Kuhistana dəvət edib. Tusi öz biliyi və zəngin təfəkkürü ilə ismaililərə böyük təsir göstərir. Amma az sonra Tusi ilə ismaililərin arasında bir çox məsələlərə münasibətdə fikir ayrılıqları ortaya çıxır. Belə ki, vali Nasir Mühtəsəm nəinki idarəetmə sahəsində, həm də elmi məsələlərdə hakim kimi çıxış edirdi. Bütün bunlar da Nəsirəddini razı sala bilməzdi. Valinin elmi məsələlərdə də özünü çoxbilmiş kimi aparmasına və başı çıxdı-çıxmadı elmi mübahisələrə kobud şəkildə müdaxilə etməsinə qarşı çıxan Tusi bir dəfə onun tərəfindən cəzalandırılır və Alamut qalasına salınır. Bundan sonra gənc Nəsirəddin həbsxana həyatı yaşamağa başlayır. Onun həyatının 22 ili həbsxanada keçir. Lakin Nəsirəddin Tusi ən ağır vəziyyətdə belə, elmi yaradıcılıqdan əl çəkmir və axtarışlarını davam etdirərək, yeni-yeni əsərlər yazır. Hulakunun ismaililəri məğlub etməsindən sonra (1256-cı il) Tusi azadlığa çıxır.
Hulaku Tusi haqqında çox eşitmişdi və onun elmi biliyinə heyran idi. Ona görə də o, Tusini özünə məsləhətçi götürür. Tusi iqtisadiyyat və maliyyə məsələlərini gözəl bilirdi. Sarayın maliyyə məsələləri ilə bağlı problemlərini, adətən, Tusi həll edirdi. Bu da ona sarayda böyük şöhrət qazandırmışdı. Bundan istifadə edən Tusi Hulakuda göy cisimləri və onların insanlara göstərdiyi təsir barədə böyük maraq oyada bildi. Nəticədə, Hulaku Tusinin Marağada göy cismlərini tədqiq edən rəsədxana tikilməsi barədə xahişinə müsbət cavab verdi. Beləliklə, o dövrdə tayı-bərabəri olmayan bir rəsədxana inşa edildi. Nəsirəddin Tusinin hulakuların Bağdada hücumunda da əsaslı rol oynaması barədə rəvayətlər vardır. Lakin son araşdırmalar göstərir ki, bu rəvayətlərin heç biri Nəsirəddin Tusinin əxlaqi və dini dünyagörüşlərinə uyğun gəlmir və daha çox uydurmaları xatırladır. Tusi Hulakudan sonra onun yerinə keçən hökmdar Abakanın da məsləhətçisi olmuşdur. Hələ sağlığında ikən, Alimlər alimi çağırılan bu böyük insan 1274-cü ildə vəfat etmişdir.   Şəkil
İstəyirəm öncə bir qəzetdən Nəsrəddin Tusi haqqında oxuduğumu yazam. Amma tam şəkildə yox, bu mövzuya aid gördüyümü seçib yazıram. "RESPUBLİKA" qəzeti, ¹ 256-257, 7 və 8 noyabr 2000-ci il..
...Elxanilər dinastiyasının hakimiyyətinin ilk günlərindən Hülakü xan özünü astronomiya elminin hamisi kimi tanıtmış və yeni astronomiya rəsədxanasının tikintisinə çox böyük miqdarda- 20000 dinar miqdarında pul pul buraxmışdı. Cənubi Azərbaycanın Marağa şəhəri yaxınlığındatikilən bu rəsədxananın təşkilatçısı müsəlman astronomlarının ən məşhuru Məhəmməd Nəsirəd-Din ət-Tusi (1201-1274) idi. Rəsədxananın əsası 1259-cu ildə qoyulmuşdur.
Görkəmli Azərbaycan astronomu Nəsirəddin Tusi irsinin dərin, bilici professor Həbib Məmmədbəyli "Marağa Rəsədxanasının banisi Məhəmməd Nəsirəddin Tusi" kitabında (Bakı, 1961, Azərbaycan Elmlər Akademiyasının nəşri) rəsədxananın tikilmə ərəfəsini belə təsvir edir: "Nəsirəddin Tusi Marağa rəsədxanasını tikmək ərəfəsində, hülaki xana lazım olan xərclərin miqdarını deyəndə, xan soruşdu: Məgər ulduzlar haqqında elm bu qədər lazımlıdır ki, onunçün böyük xərcli rəsədxana yikilsin? Cavabında Tusi dedi: İcazə verin belə edək. Qoy tam xəbərsiz bir nəfər (ətəyində dayandığımız) bu dağın başına qalxsın və oradan böyük boş bir teşti üzü aşağı diyirləndirsin". Belə də etdilər. Teşt dağın başından aşağıya doğru diyirlənəndə böyük bir gurultu qopardı. Buna görə Hülaki xanın qoşunu içində çaxnaşma yaranadı. Tusi isə Hülakü xan ilə birlikdə bu hadisəyə sakitcə baxırdılar. Bundan sonra, Tusi bu sözlərlə xana müracəiət etdi:"Biz bu gurultunun səbəbini bilirik, qoşun isə yox; biz sakitik, onlar isə həyəcan içindədirlər. Eləcə də əgər biz göydəki hadisələrin səbəbini bilsək, yerdə yaşayarıq" - bu sözlər Hülakü xana təsir etdi və o, rəsədxananın tikilişinə 20000 dinar buraxdı.
N. Tusi Marağa rəsədxanasında- Şərqdə Çindən tutmuş Qərbdə İspaniyaya kimi- müxtəli ölkələrdən böyük bir qrup astronom toplamışdı.O, sayı 100 nəfərdən çox olan Marağa rəsədxanası əməkdaşlarına dövlət hesabına daimi maaş verilməsinə nail olmuşdu. Hülakü xanın arzusuna uyğun olaraq Marağada planetlərin vəziyyəti sistematik olaraq müşahidə olunub yeni cədvəllər hazırlanmalı idi. N.Tusi bu müşahidələrin proqramını şəxsən hazırlayır, müşahidələrə, onların işlənməsinə və sonradan cədvəllərin hazırlanmasına rəhbərlik edirdi. Təzə düzəldilmiş kataloq şəklində cədvələ Hülakü xanın şərəfinə "Zic Elxani" (Elxani cədvəlləri) adı verilir. ...Ərəb dilində yazılmış bu əsər nəinki müsəlman Şərqində məşhur idi, o, həmçinin sonralar latıncaya tərcümə edilib, İngiltərədə iki dəfə (1652, 1711) çap edilmişdir. Tusinin sonrakı əsərləri "Təhrir Əqlidis" (Evklidin şərhi), "Şəkli qida" (Tam dördbucaqlı haqqında traktat), "Şərh-ul-İşarət" (İbn Sinanın işarələr əsərinə kommentariyalar) və s. idi. Onun Evklidin adı çəkilən "Başlanğıc"lara həsr edilmiş əsəri tək müsəlman şərqində məşhur deyildi. Bu əsərin Romada əvvəl 1504-cü ildə ərəbcə, sonraıar isə 1657-ci ildə latınca tərcüməsi çap eilmişdi. Dördbucaqlı haqqında traktatda Nəsirəddin Tusi elm tarixində ilk dəfə olaraq ssferik polyar üçbucaq məvhumunu həndəsəyə daxil etmişdir.
Bir şeyi də qeyd etməl lazımdır ki Zic Elxani cədvəllərindəki dəqiqlik bizim müasirlərimizi belə heyran edir. XIII əsrdə, dəqiq astronomiya cihazları və müasir riyazi aparat olmayan bir dövrdə, bu cür dəqiqlik nəyin hesabına əldə edilirdi? Bu sualın ancaq bir cavabı var: külli miqdarda təkrar edilən müşahidələrin hesabına.
Nəsirəddin Tusinin ən böyük elmi xidməti öz ətrafındakı alimlərlə birlikdə planetlərin hərəkətinin yeni həndəsi nəzəriyyəsini yaratmasıdır.
...özündən sonra 150 elmi əsər, traktat və dövrünün ən böyük rəsədxanasını (Marağa) yaratmış müsəlman riyaziyyatçıları və astronomlarının ən məhsuldar xadimi Şeyx Məhəmməd Nəsirəddin ət-Tusinin bu və sonrakı dövrlərdəki elmi xidməti xüsusi yer tutur.

Məqalənin müəllifi: Əsgər Həsənəlizadə, fizika-riyaziyyat elmləri namizədi, Nyu-York Elmlər Akademiyasının və Avropa Astronomiya cəmiyyətinin üzvü.

Sorğuya verdiyim cavabı burda da bildirmək istəyirəm ki, əlbəttə tanınır, böyük Tusi. Bilənlər bilir ki, o kimdir.
Anket
 
Sayta daxil olanda qeydiyatdan kecin!!!
======================
Benim adim KENAN benimle iletisim kurmak isteyen varsa emailim D.881@hotmail.com
Reklam
 
dizi
 
 
 
Bilgileriniz
Sistemimize Kaydedilmektedir.
 
Bugün 2 ziyaretçi (26 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=

oyunlar oyunlar