Velosiped


MUASIR VELSOPED
UZUN VELSOPED
 

PEDALLI VELOSOPED

 ILK VELOSEPED

                                      Velosipedler                                          
Velosiped (fransızca vélocipède "tez ayaq" deməkdir) çox hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın iadrəsi, aöırlıq mərkəzinin tənzimlənməsi ilə müşaiyət olunan stabilləşdirici hiroskopik hərəkət nəticəsində velosipeddə hərəkət etmək mümkün olur.

Tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsuldur. Hal-hazırda dünayda yarım milyarda qədər velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti, və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının başlıca səbəbidir.


İlk velosipedin bizim eradan əvvəl yarandığını söyləyən mülahizələr həqiqətə uyğun deyil. Leonardo da Vinçinin şagirdinə aid edilən velosiped cizgisi də həqiqətə uyğun deyil. Bu rəsmin XX əsrin 70-ci illərində çəkilməsi şübhə olunur. 1791-ci ildə guya Comte de Sivraçın iki təkərli velosipedin ixtira etməsi də yəhrif olunmuş informasiyadır. Kənsçi Artmanovun ixtira etdiyi velosipedlə 1801-ci ildə Uraldan Moskvaya getməsi də müəyən dərəcə də şişirdilmiş hesab olunur. Çünki bu velosipedin konstruksiyasında sonralar ixtira olunmuş elementlər mövcuddur.

Velosipedin müxtəlif vaxtlarda ixtirasına aid çoxlu sayda əfsanəvi informasiyalar vardır. Ancaq indiyə kimi bunları təsdiq edən samballı sübutlar yoxdur.

Əzələ ilə işləyən velosipedlər

XVİİ əsrdə insanlar tərəfindən hərəkət etdirilən arabalar yalnız nümunə kimi tətbiq olunurdu. Ayaqları tutulmuş saatsaz Stefan Farfler ilk dəfə olaraq dişli çarxların köməyi ilə əllə hərəkətə gətirilən arabanı düzəldir.

XVİİİ əsrdə insan əzələsi tərəfindən hərəkət etdirilən dördtəkərli araba düzəldilir. Bu araba pedalla sürülürdü. Buna baxmayaraq ağır çəkili arabanı çəkmək üçün güclü əzələyə ehtiyac yaranırdı.

Bu gün velosipedlərdə ağıllı texnikadan istifadə edilir. Avtomobil və motosikledlərdən fərqli olaraq bu texnika çox sadədir. Ancaq onların işləmə prinsipi fiziki baxımdan çox mürəkkəbdir.

İki təkər prinsipi

Əslində iki təkərli velosipedi alman Karl Drais 1817-ciildə Mahaym şhərində düzəldir. Sürücü təkərlər arasında oturaraq qurğunu irəliyə itələyir. Bu daha şox "özü diyirlənən maşın" idi. Drais sonra 1843-cü ildə dörd təkərli ayaq barabanı ilə hərəkət etdirilən arabanı düzəldir.

Mülahizələrə görə velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla başqa nqəliyyat vasitələrinin inkişafına ehiyac yaranması ilə stimullaşdırılmışdır.

Draisin düzəldiyi yeriyən maşın qabaq təkəri vasitəsilə idarə oluna bilirdi. Bu hərəkət zamanə ayaqların yerdən tam üzülməsinə və tarazlıq yaradılmaısna imkan yaradırdı. Bununla çoxtəkərl arabalardan ikitəkərliyə keçmək və hiroskop effektindən istifadə edərək tarazlığın yaradılması mümkün olmuşdur. Ancaq bu nəqliyyat vasitəsilə hərkət etmək istəyənlər gərək öncə balanslaşdırmanı öyrənməli idilər.

Bundan bir az sonra İngiltərədə metaldan hazırlanmış ilk velosiped hazırlanır. 1819-cu ildə İpsviş-də ilk velsopied yarışı keçirilir. Almaniyada belə yarış 1829-cu ildə keçirilir.

Hal-hazırda uşaqlar arasında pedalsız özüdiyirlənən velospiedlər geniş yayılmışdır.

Pedal ötürməsi

XİX əsrin ortalarında diyircəkli ayyaqabıların geniiş yayılması balanslaşma qorxusunu aradan götürmüşdür. Kimin ilk dəfə olaraq ayaqlarını yerdən götürüb pedala qoyaraq hərkət etməsi mübahisəlidir, bu 1864-cü ildə Pierre Mişo və ya Pierre Lallement olması məlum deyir. İlk dəfə olaraq pedallı velosipedin Filip Mority Fişer tərəfindən hazırlanıb tətbiqi 1853-cü ildə tarixə yazılıb. Ötürmə qabaq təkərdə sərt bərkidilmiş qolla-pedalla aparılırdı. Burada gedilən yol pedalın bir dövründə təkərin bir dəfə fırlanmasına uyğun idi.XİX əsrin ortalarında diyircəkli ayyaqabıların geniiş yayılması balanslaşma qorxusunu aradan götürmüşdür. Kimin ilk dəfə olaraq ayaqlarını yerdən götürüb pedala qoyaraq hərkət etməsi mübahisəlidir, bu 1864-cü ildə Pierre Mişo və ya Pierre Lallement olması məlum deyir. İlk dəfə olaraq pedallı velosipedin Filip Mority Fişer tərəfindən hazırlanıb tətbiqi 1853-cü ildə tarixə yazılıb. Ötürmə qabaq təkərdə sərt bərkidilmiş qolla-pedalla aparılırdı. Burada gedilən yol pedalın bir dövründə təkərin bir dəfə fırlanmasına uyğun idi.

 

Pedallı velosiped

Hündür velosipedXİX əsrin ortalarında diyircəkli ayyaqabıların geniiş yayılması balanslaşma qorxusunu aradan götürmüşdür. Kimin ilk dəfə olaraq ayaqlarını yerdən götürüb pedala qoyaraq hərkət etməsi mübahisəlidir, bu 1864-cü ildə Pierre Mişo və ya Pierre Lallement olması məlum deyir. İlk dəfə olaraq pedallı velosipedin Filip Mority Fişer tərəfindən hazırlanıb tətbiqi 1853-cü ildə tarixə yazılıb. Ötürmə qabaq təkərdə sərt bərkidilmiş qolla-pedalla aparılırdı. Burada gedilən yol pedalın bir dövründə təkərin bir dəfə fırlanmasına uyğun idi.

Zəncir ötürməsi

Velosipeddə pedalda və oxda oturdulmuş dişli çarxların zəncir ötürməsi ilə birləşdirilməsi hündür velosipedlərin düzəldilməsinə gətirib çıxarır. Yalnız 1878-ci ildə arxa oxla pedalın zəncirlə birləşdirilməsi geniş tətbiq oluna bilir. Bunun sayəsində velosipedin konstruksiyasını yüngül hazırlamaq, idarəni asanlaşdırmaq və əlavə oturacağın yerləşdirilməsi mümkün olur.

Hündür velosipedlər

Pedalın bir dəfə dönməsindən əldə olunan enerjidən daha çox yol qətetməyə nail olmaq üçün velosipedlərdə yeni konstruksiya tətbiq olunur, qabaq təkərlərin ğlçüsü böyüdülür. Beləki 1870-ci ildə ilk hündür velosiped hazırlanır. Ötürmə prinsipi o dövrə qədər naməlum idi. 1867-ci ildə Parisdə keçirilən sərgidə Mişo (fransızca Michaux) və başqa mühəndislərin nümayiş etdirdikləri konstruksiyadan sonra bu velosipedlərə maraq artır. 1868-ci ildə Mişo velosipedinin təmiri ilə məşğul olan ingilis Ceyms Serli (James Starley) "Ariel" adlı yeni velosiped konstruksiyası layihələndirir və onu 1871-ci ildə nümayiş etdirir. Bu velosiped ilk dəfə olaraq rezin üzlüklü təkərlərə malik idi. Onun qabaq təkərinin diametri 125 sm, arxa təkərininki isə 35 sm idi. Yenilik həm də ondan ibarət idiki, il dəfə olaraq təkərlər məftil çubuqlardan hazırlanmışdır. Hündür velosipedlərin hazırlanması üçün əsas şərt 1869-cu ildə Eugene Meyer tərəfindən metal çubuqlardan ibarət təkərlərin ixtirası olmuşdur.

Hündür velosipedlərin idarəsi tərpənmə vədayanma zamanı yüksək diqqət tələb edirdi.Oturacaq təxminən 1,25 m hündürlükdə olduğundan əylənmə zamanı onun aşma ehtimalı vardır. Buna baxmayaraq bu velosipedlərdə yarışlar keçirilir və ilk dəfə olaraq 40 km/saat sürət əldə olunur. Tez tez baş verən ölümcülavariyalar onun sonrakı inkişafına əngəl törətmişdir. Bu çatışmamazlıqlara baxmayaraq velosiped uzun müddət bazarda monopolu saxlayır.

Sonrakı təkmilləşmələr

1880-ci ildə şotlandiyalı Con Danlop kauçukdan hazırlanmış hava ilə doldurulan rezin təkər üzlüklərini ixtira edir.Bu 1845-ci ildə patentləşdirilmiş ixtiranın təkmilləşdirilmiş forması idi. Bununla velospieddə hərəkət daha rahat olur.

1898-ci ildə əylənc və boş gediş mexanizmlərinin hazırlanması ilə velospiedlərdə hərkət daha da təhlükəsiz olurlar. Həmin ildə də əl əylənclərin tətbiqi baş verir. 1878-ci ildə ilk dəfə olaraq aluminiumdan hazırlanmış çərçivələrdən istifadə olunur.

XX əsrin əvvəlində sürətləri dəyişən mexanizm inkişaf etdirilib tətbiq olunur. İlk mexanizm arxa təkərin oxunda hər iki tərəfdə oturdulmuş dişli çarxlardan ibarət idi. Sürəti dəyişmək üçün velosipedi saxlamaq, təkəri çıxarıb çevirmək və bərkitmək tələb olunurdu. 1903-cü ildə ixtira olunmuş planetar ötürmə yalnız 1930-cu ildə geniş tətbiqini tapır. Bu gen bözə məlum olan ötürmə 1950-ci illərdə italiyada tapılır. 1974-cü ildə velosipedlərin gövdələri titandan kütləvi şəkildə istehsal olunmağa başlayır. 1983-cü ildə velokompyüter ixtira olunur 1990-cu ildən sürətlərin indeksli ötürməsi tətbiq olunur.

 

Anket
 
Sayta daxil olanda qeydiyatdan kecin!!!
======================
Benim adim KENAN benimle iletisim kurmak isteyen varsa emailim D.881@hotmail.com
dizi
 
 
 
Bilgileriniz
Sistemimize Kaydedilmektedir.
 
Bugün 3 ziyaretçi (5 klik) kişi burdaydı!

oyunlar oyunlar
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol